Mehman Həbib oğlu Əliyev. Helikobakteriozin diaqnostikasının mikrobioloji aspektləri, onun epidemioloji xüsusiyyətləri və müalicə-profilaktik tədbirləri sistemi.03.00.07 –Mikrobiologiya.14.00.03 – Epidemiologiya. Tib elmləri doktoru alimlik dərəcəsi almaq ücün təqdim edilmiş dissertasiyanın avtoreferatı. NƏTİCƏLƏR 1. H.pylori ən çox diri qalmasını bioptatin kampilobakteriyalar ücün kommersiya mühitində, tioqikol və 20%-li steril qlükoza məhlulunda daşinma ilə saxlamaq mümkündür. Kommersiya selektiv mühitlərində bu mikroorqanimlərin kulivasiyasının ən yaxşı nəticəsi ürəkbeyin və kolumbiya aqarında müşahidə olunur. Bu mühitlərdə artıq 3-cü gün müvafiq olaraq 5,4+-7,8 və 69,9+-7,6% kultura əmələ gəlmişdir. Onların inkişaf intensivliyi 4,6+-4,7 və 33,8+-3,6% bakteriya hüceyrəsinə bətabər olmuşdur. 2. Helikobakteriozun diaqnostikasında ən effektli üsul invaziv üsullardir. Onlfrın icərisində ən sadə və həyata kəçirilməsi əlveerişli olan bioptatın sitoloji nüayinəsidir ki, bu zaman 96,6+-1,5% effektli nəticələr əldə edilmiçdir. İFA-dan istifadə edildikdə bu cür effektlivik 96,3+-1,6% diaqnostik titr 1:200 nisbətində olduqda müşahidə edilmişdir. 3. Eradikasiya terapiyası ücün istifadə edilən ənənəvi antibiotiklər amoksisillin, klaritromisin, metronizadol) H.pyllori-nin onlara rezistentiyi artıgına görə aktuallıqlarını itirmişlər. Bu bakteriyalar yeni antibiotiklərə - azitromisn, rifampisin və roksitromisinə çox həssasdırlar. Lakin bu antibiotiklərə də sublətal dozada 3 dəfə təsirdən sonra H-pylori-də rezistentlik əlamətləri inkişaf etməyə başlsmış və bitmiş koloniaların miqdarının azalması müşahidə edilmiş . Məsələn, refampisinlə kontaktdan sonra inkişaf etmiş koloniaların miqdarı 67,7+-8,5% çatmış və 32,4+-3,7 intensivlikdə bakteriya hüceyrəsi müşahidə edilmişdir. 4. Qastroduodenal xəstəliklərin etiologiyasında helikobakteriozun miqdarı orta hesabla 89,4+-1,9% olmuş,H.pyliri-infeksiyasını nəzərə almadan qastroduosenal patologiyada müalicə effekti cəmi 47,1+-4,0%-ə çatmış, infeksiyasını eradikasiyasını nəzərə alaraq, üçqat terapiya aparıldıqda müalicənin effekti 80,8+-4,6% qədər artmışsır. 5. Helikobakterioz müasir dövrdə kütləvi yayılmış infeksiyadir. H.pylori-infeksiyasına ıhalinin seropozitiviliyi opta hesabla 52,2+-1,2%-ə çatmış və xüsusiyyətinə uyğun gəlmişsir.Bələ ki, insanların yaşı artdıgca, yoluxma faizi də 17,5+-3,8%-dən 66,0+-3,0%-ə qədər artmış, yoluxma kişilər arasında qadınlara nisbətən yüksək olmuşdur – 64,1+-1,9% və 51,5+-2,1%. 6. Hekikobakteriozla ən yqksək yoluzma əlləri və mənzilləri qeyri-kafi gigiyenik vəziyyətdə olan şəxslər arasında 62,5+-1,5 və 52,5+-1,6% aşkar edilmişdir. İnfeksiyanın dövr etməsi üçün ən əlverişli şərayit, kiçik yaşayıs sahəsinə malik və sosial atatusu qeyri-kafi səviyyədə olan ailələrin çoztərkibli, uşaq müassisələrinin yararsız sanitar-gigiyenik rejimə olmasından ibarət olmuşdur. 7. Eksperimental olaraq H.pylori nəcis və tüpürcəklə xarici mühitə ifraz olunur. Onların ətraf mühit əşyalafı üzərində 210 dəqiqə diei qalması isbat edilmişdir. Helikobakteriozla yoluxma qida məddələri, su, məişət-kontakt, aerogen və oral kpntakt vasitəsilə baş verir. Bunlardan birinci üç qrup amillər fekal-oral yolla, ikinci üç qrup isə oral-oral yolla həyata keçir. 8. Helikobakterioza bir sıra epidemioloji qanunauyğunluqlar aiddir: müvsümü xassəyə malik olması, yoluxmanın ən yüksək həddi iyun-sentyabr aylarına düşür- 64,6+-4,0%-ə qədər , yaşayiş məntəqələri dəniz səviyyəsəndən yuxan qakxsıqca yoluxma faizinin azalması – 66,7+-1,5- dən 20,5+-4,3 -ə qədər, əhalinin sıxlığı 1000-dən 500.000 nəfər və ondan çox artıqda yoluxma faizinin də artması – 31,2+-3,4%-dən 62,2+-2,0% -ə qədər müşahidə edilmişdir. 9. “Dispeptik sindromla” sərbəst gədən helikobakteriozun müalicəsi zamanı İFA-ya əsasən ən yüksək terapevrik üffüktiyə azitromisin və rifampezin – 69,2+-6,5 və 67,3+_ 6,4%, nisbətən zəif- klaritromisin, ampisilin və metronizaljn – 30,+-5,4%- dən 44,7+- 7,3 -ə kimi, tinidazol isə - 19,3_0 4,4%-ə malik olmuşlar. Bir ildən sonra seropozitiv şəxslərin əksəriyyatində anticisimlər nəzərəçarpacaq qədər azalmış və bəzilərində isə tamam yox olmuşdur. 10. Helikobakteriozun hazırlanmış və əhali arasında sanitar təbliğatı vasitəsilı həyata kəçirlmiş phofilaktik tədbirlır kompleksinin müzakirəsi, onlarin etibarlı epidemioloji effektə malik olmasını təsdiq etmişdir. Bir il ərzində əhali tərəfindən bu profilaktik tədbirlər kompleksinin mənimsənilməsi və həyata kəçirilməsi göstəricisi çox yüksək olub – 87,3+-2,2%-dən 90,7+-1,6%-ə qədər təşkil etmişdir.Seropozitivlər arasında təkrar yoluxanlarin miqdarın 6,5+-2,4%, seroneqativlər arasında yoxanların miqdarı – 10,3+-3,3% olmuşdur.